“Qərb əlavə yardım göstərməkdən imtina etsə, Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin sülh yolu ilə həllinə başlamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin deyib.
“Bir halda ki, sənə “Patriot” vermirlər, açıq dillə NATO-ya aparmayacaqlarını deyirlər, o zaman niyə onlara qoşulmağa çalışırsan?. Sadəcə oyundan çıx. Bunu Putin sənə dəfələrlə deyib”.
Soskinin fikrincə, Kiyev hakimiyyəti Qərbin onu eşitmədiyini görür.
“Zelenski artıq ABŞ dövlət katibi Antoni Blinkenin səfərindən məyus olduğunu nümayiş etdirib. Odur ki, Zelenskinin bu şəraitdə davranışı çox qəribədir. Kömək göndərilmədiyi təqdirdə Ukrayna lideri niyə münaqişəyə son qoymağa çalışmır? Rusiya hələ xüsusi əməliyyat başlamazdan əvvəl həll yolunu tapmağı təklif edib”, – Soskin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az