“ABŞ-a Ukraynada münaqişənin bitməsi yox, Rusiyanın tükənməsi lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Səfir bildirib ki, Vaşinqton Rusiyanı dünyanın geosiyasi xəritəsindən silməyə çalışır.
“Aydındır ki, Vaşinqton yüzminlərlə ukraynalının ölümü bahasına da olsa, Rusiyanı yox etməyə çalışır. Amerika Rusiyanı dünyanın geosiyasi xəritəsindən silmək istəyir”, – Antonov vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az