WhatsApp Image 2022 11 26 at 22.31.42

2024-cü ildə keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının tam yeni bir simaya ehtiyacı var.

Globalinfo.az bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə eks-müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Donald Trampın prezident olacağı təqdirdə təqdim edəcəyi strategiya artıq köhnəlib. Bolton həmçinin son iki ildə Trampın Respublikaçılar daxilində populyarlığının azalmağa başladığını deyib:

“Əgər siz seçkidə qalib gəlmək istəyirsinizsə, bilin ki, Tramp məsələnin həlli deyil. Növbəti prezident vəzifəsinə uyğun namizəd Florida qubernatoru Ron Desantis ola bilər”.

İlkin
Globalinfo.az

Paylaş: