IMG 20240214 WA0007

“Tramp Putini NATO-ya hücuma təhrik edir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Bayden ABŞ Nümayəndələr Palatasını federal büdcədən Ukraynaya böyük maliyyə yardımı ayırmağa çağırıb və Donald Trampı ittiham edib:

“Keçmiş ABŞ prezidenti dünyaya təhlükəli mesaj göndərir. Bir neçə gün əvvəl Tramp daha da irəli gedərək Putini NATO-ya üzv dövlətlərin ərazilərini işğala məruz qoymağa çağırıb”.

Bayden əlavə edib ki, ABŞ tarixində heç bir başqa prezident Rusiya lideri qarşısında əyilməyib:

“NATO öz üzərinə müqəddəs bir öhdəlik götürüb. Donald Tramp isə buna bir yük kimi baxır. Əgər Putin NATO üzvlərinə hücum etsə, Birləşmiş Ştatlar öz muttəfiqlərini müdafiə edəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: