4cdf2298 a6f9 4e7e 8eaf ae6569a5fb96

Ermənistanın Geqarkunik vilayətində (Göyçə mahalı) yerləşən hərbi komissarlıqda insident baş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Qaqik Şamşyan məlumat yayıb.

Qeyd olunub ki, 37 yaşlı Husik Sərkisyan Sevan (Göyçə rayonu) hərbi komissarlığına gələrək 2021-ci ildə keçdiyi təlimlər zamanı ona təhkim edilən avtomatı istəyib. Tələbi rədd edildikdən sonra isə komissarlıq ofisində iş masasını, kompüterin monitorunu sındırıb. Ardınca N.Xaçatryan adlı şəxsə hücum edib və ciddi xəsarət yetirib.

Zərərçəkmiş Ermənistan Daxili İşlər Nazirliyinə hadisə ilə bağlı məlumat verib. Komissarlığa gələn polis H.Sərkisyanın üzərində axtarış aparıb, nəticədə bir kağız və yaşıl maddə aşkar edilib.

H.Sərkisyan Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizonuna aparılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: