“Hücumlar həm hava, həm dəniz, həm də qurudan həyata keçirilir”.

Globalinfo.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.

“Son bir neçə saat ərzində Qəzza zolağında hücumların sayını çox ciddi şəkildə artırdıq.

Qəzza şəhəri və ətraf ərazilərə zərbələr endirməyə davam edirik və şəhər sakinlərini zolağın cənub hissələrinə təxliyə etməyə çağırırıq”, – deyə Haqari bildirib.

Paylaş: