zelzele 5

Türkiyədə zəlzələ dağıntılarının altından daha bir meyit çıxarılıb.

Globalinfo.az xəbər verir ki, Kahramanmaraşda axtarış-xilasetmə, həmçinin təmir-bərpa işləri davam edir. Axtarış işləri zamanı Antakya qəsəbəsi Atatürk küçəsində zəlzələdən 215 gün sonra cəsəd tapılıb.

Meyitin cinsiyyəti və kimliyi bilinmir. Şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəsəd tibbi ekspertizaya göndərilib.

Paylaş: