
Rusiyanın Tver vilayətində “Embrayer” biznes-jeti qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Təyyarənin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olduğu qeyd edilir.
Qəza nəticəsində 10 nəfərin öldüyü bildirilir.
“Vaqner”ə yaxın Teleqram kanalları təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğunu iddia edirlər.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi təyyarənin sərnişinləri arasında Yevgeni Priqojinin də olduğunu açıqlayıb.
Globalinfo.az














