Kiyevdə Avropanın ən hündür abidələrindən olan “Vətən” abidəsində SSRİ gerbi sökülüb, yerinə isə Ukraynanın simvolu olan üçdişli nizə (trident) quraşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Dmitri Smirnovun “Pool N3” Telegram kanalı məlumat yayıb.
Gerbin üçdişli nizəylə əvəz olunmasına işlərinə şənbə günü – avqustun 5-də başlanıldığı bildirilib. Abidədən götürülən SSRİ gerbinin Ukraynanın İkinci Dünya Müharibəsinə həsr olunan tarix muzeyinə göndəriləcək.
Əliyar Xəlil
Globalinfo.az














