“Vaqner”in 6-cı və sonuncu maşın kolonu gecə saatlarında Belarusa daxil olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı “Belarus Qayun” monitorinq qrupu özünün Teleqram səhifəsində məlumat yayıb.
Kolon M5 magistralı ilə hərəkət edib və Osipoviç şəhərindən keçib. Onun uzunluğu 10 km-a qədər olub və polis müşayiəti ilə hərəkət edib.
Qeyd edək ki, Yevgeni Priqojinin təyyarəsinin də Belarusda olduğu bildirilir.