Putin müraciət etdi, 9 ay sonra ilk yaşandı

Putin müraciət etdi, 9 ay sonra ilk yaşandı
“Bu, hərbi çevrilişdir, xəyanətlə qarşı-qarşıyayıq, cəzası ağır olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vaqner” birləşməsinin hücumları ilə bağlı xalqa müraciətində deyib.

“Biz öz suverenliyimiz, mütəqilliyimiz uğrunda mübarizə aparırıq. İndi xalqın taleyi həll olunur. Silahlı qüvvələrə həmin şəxslərin zərərsizləşdirilməsi üçün lazımı təlimatlar verilib. Bir vətəndaş kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm. Hərbi çevrilişə cəhd arxadan zərbədir”, – Rusiya Prezidenti bildirib.

Qeyd edək ki, bu, sentyabrın 21-dən bu yana (Yeni il çıxışı xaric) Vladimir Putinin xalqa ilk müraciətidir.

Ayşən Mustafa
Globalinfo.az