Qafqazda vəziyyət gərginləşir: Rusiya radikal addımlara hazırlaşır?

Qafqazda vəziyyət gərginləşir: Rusiya radikal addımlara hazırlaşır?

“Fransa Cənubi Qafqazda gərginlikdə maraqlı görünür. Bununla əlaqəlidir ki, rəsmi Paris Avropa İttifaqının sədri olmasına baxmayaraq, bu qurumun regionla bağlı mövqeyinə zidd addımlar atır. Çünki Fransa məsələyə obyektiv yox, subyektiv yanaşır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Fransanın Cənubi Qafqazda gərginliyi artırması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Prezident Emmanuel Makronu düşündürən nüans bölgədəki nüfuzudur:

“Əslində, Rusiya da regionda “suların durulmasında” maraqlı deyil, amma regionda Fransanın təsir gücünü artırması istiqamətindəki cəhdlərini qəbul etməyəcək. Üstəgəl, Ukraynadakı müharibədə Fransa açıq-aşkar Rusiyaya qarşı mövqe tutur. Bu, tərəflər arasındakı ziddiyyəti daha da artırır. Yəqin ki, gələcəkdə münasibətlər bir az da gərginləşəcək.

Qafqazda vəziyyət gərginləşir: Rusiya radikal addımlara hazırlaşır?

Kənan Novruzov

Ümumiyyətlə, hazırda danışıqlarla bağlı üç format var: Brüssel, Vaşinqton və Moskva. Hazırda Avropa İttifaqı və ABŞ daha real vasitəçi kimi görünür. Brüssel və Vaşinqtonun səyləri bəzən bir-birini tamamlayır. Paris isə nə qədər vurnuxsa da, nəyəsə nail ola bilmir. Fransa Azərbaycanı və regiondakı nüfuzunu tədricən itirir. Düşünürəm ki, Rusiyanın Fransa ilə bağlı kəskin addımlarına ehtiyac yoxdur. Paris qeyri-obyektiv, çirkin siyasi niyyətləri ilə özünü quyuya salır”.

Turan Rzayev
Globalinfo.az