mane 0

“Bayern Münhen” bir müddət öncə komanda yoldaşı Leroy Saneni yumruqla vuran Sadio Mane ilə vidalaşmağı planlaşdırır. 

Globalinfo.az Fanat.Az-a istinadən xəbər verir ki, 31 yaşlı seneqallı hücumçuya İngiltərədən elçi var.

“Football Insider”in məlumatına görə, “Çelsi” Maneni transfer etməyi düşünür.

Münhenlilər futbolçunu 2022-ci ildə “Liverpul”dan 32 milyon avro qarşılığında almışdılar. Əgər “Çelsi” bu məbləği ödəsə, “Bayern” Maneni satmağa razı olar.

Paylaş: