93 yaşlı biznesmen evlənir

Media maqnatı Rupert Merdok biznesmen Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənəcək. Toy iyunun 1-də Kaliforniyadakı malikanədə olacaq.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bəyin 93, gəlinin isə 67 yaşı var. Keçmiş molekulyar bioloq Jukova Los-Ancelesdəki Kaliforniya Universitetində çalışıb. Lakin hazırda təqaüddədir. Jukovanın qızı Daria bir neçə il Abramoviçin həyat yoldaşı olub və ona iki uşaq doğub.

Merdok üçün Ylena Jukova ilə evlilik beşinci olacaq. İş adamı əvvəlki həyat yoldaşından 2022-ci ildə boşanıb. Onun əvvəlki xanımlarından 6 övladı var.