“Elşad Qarayev özünü gic yerinə qoyub” – Əli Mirəliyevdən sərt sözlər

Xəbər verdiyimiz kimi, müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında gərginlik yaşanır. Onlar canlı efirdə olarkən bir-biriləri haqda təhqiramiz sözlər işlədib. Sosial şəbəkələrdə bunun videosu yayılıb. Həmin görüntülər müzakirələrə səbəb olub. Hər iki müğənninin ünvanına qınaq səsləndirilib. 

Elşad Qarayev qatıldığı TV proqramlarda ardıcıl şəkildə Əli Mirəliyev haqda ağır ifadələr işlədib. Onu müğənni saymadığını, mahnı oxuya bilmədiyini deyib. Ə.Mirəliyev də öz növbəsində həmkarına sərt cavab verib. Onu efirdən təhqir edərək, meymun adlandırıb. Bəziləri bunun şou xarakterli olduğunu, öncədən planlaşdırıldığını iddia edir.

Globalinfo.az-a danışan Əli Mirəliyev doğrudan da efirdə mübahisə yarandığını deyib.

O, E.Qarayevin onu təhqir etmədiyini qeyd edib:

“Bilirsiniz, bir müddət öncə efirdə aparıcı Elşada mənimlə bağlı sual verib. O deyib ki, 1974-cü ildən Bakıdayam, amma Əli Mirəliyevi müğənni kimi tanımıram. Adam özünü gic yerinə qoyub. Açığı, mən bu məsələnin üzərinə getməyəcəkdim. Mənə efirdən zəng etdilər və canlı efirdə Elşad bəy məndən mahnı oxumağımı istədi. Mübahisə də buradan yarandı”.

Ə.Mirəliyevin fikrincə, qalmaqala bəzi jurnalistlər səbəb olub:

“Bəzi jurnalistlərə nə lazımdır?! Qalmaqal yaratmaq. Ona görə də videoları kəsib məhz meymun dediyim hissəni paylaşırlar. Nəticədə söhbət uzanır. Mən Elşad Qarayevlə düşmən deyiləm. Cavanşir Məmmədov rəhmətə gedəndə yasında demişdim ki, Cavanşir kiçik qardaşımdır, amma ondan sonra da qardaşım Elşaddır. Elşadın məni danması allahsızlıqdır”.

Leyla Əlisoy

Globalinfo.az