Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı davamlı fikirlər səsləndirməsinin anlaşılmaz olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, Ayrapetyan Paşinyanın Qarabağ mövzusuna dəfələrlə qayıtmasını onun əvvəlki qərarlarını izah etmək və özünü tarix qarşısında müdafiə etmək cəhdi kimi qiymətləndirib.
“Paşinyan müharibədən əvvəl, müharibə zamanı və sonrakı dövrdə qəbul etdiyi qərarların nəticələrini yaxşı anlayır. Paşinyan bununla öz siyasi qərarlarına görə məsuliyyəti azaltmağa çalışır. O bununla tarix və gələcək nəsillər qarşısında özünü bəraət qazandırmağa çalışır”, – A.Ayrapetyan qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az