“Ukrayna Prezidenti Volodimir Zelenskini siyasi hakimiyyətdən məhrum edərək, “ingilis kraliçası”na çevirmək istəyirlər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Məqalənin müəllifləri ehtimal edirlər ki, Zelenski Administrasiyasının rəhbəri Andrey Yermakla bağlı reydlər “anti-Zelenski koalisiyası”nın planlarının həyata keçirildiyini göstərə bilər.
Bu plana görə, Zelenski parlament və hökumət üzərindəki hakimiyyətini itirəcək və yalnız nominal rəhbər olacaq:
“Bunun üçün Yermakı siyasi müstəvidən çıxarmaq lazım idi, lakin Zelenski əvvəllər buna razı olmamışdı”.
Qeyd edək ki, bir qədər əvvəl Zelenski Administrasiyasının rəhbəri Andrey Yermakın ofisində axtarış apılıb.
Safura Bənnayeva
Globalinfo.az