Sosial xərclər büdcənin 41 faizini təşkil edir – Deputat

Sosial xərclər büdcənin 41 faizini təşkil edir - Deputat

Bu gün Azərbaycan suverenliyini təsdiqləmiş və dövlətçiliyini gücləndirmiş bir ölkə kimi tanınır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlament iclasında 2026-cı ilin büdcə zərfi ilə bağlı çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, 2026-cı ilin büdcə paketi “Konstitusiya və Suverenlik ili”nə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

“Siyasi müstəqilliyin əsas dayağı iqtisadi müstəqillikdir. İndiyədək yürüdülən siyasət məhz daxili resurslara arxalanıb və Azərbaycan heç bir xarici asılılıq olmadan inkişafını davam etdirə bilib. Büdcə prosesinə daha rasional və real yanaşma vacibdir. Onun sözlərinə görə, gələn ilin büdcə zərfinin ən mühüm cəhətlərindən biri sosial yönümlü olmasıdır.

Büdcə zərfinin başlıca xüsusiyyəti onun sosial istiqamətidir. Sosial xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir ki, bu da sosial sahənin prioritet olduğunu göstərir”, – deyə deputat vurğulayıb.

O həmçinin sosial-iqtisadi xəttin önəmini qeyd edib:

“Ən təsirli siyasət sosial-iqtisadi siyasətdir. Aşağı səviyyəli inflyasiyanın qorunması son dərəcə önəmlidir”.

Safura Bənnayeva
Globalinfo.az