
“Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasındakı çıxışında deputat Siyavuş Novruzov bildirib.
Deputatın fikrincə, bu müqayisə doğru deyil:
“Çünki Atatürk hakimiyyətə gəldiyi zaman güclü bir dövlət ordusu mövcud idi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdə orduda yalnız KAMAZ sürücülərinin formalaşdırdığı bir vəziyyət vardı. Heydər Əliyev isə həmin KAMAZ sürücülərinin rəhbərliyi altında yaradılmış ordunu nizami orduya çevirdi”.
Safura Bənnayeva
Globalinfo.az














