50 yaşlı məşhur ikinci dəfə ata olacaq

50 yaşlı məşhur ikinci dəfə ata olacaq

Bu günlərdə özündən 22 yaş kiçik iranlı sevgilisi Samar Dadgarla ailə həyatı quran 50 yaşlı türkiyəli müğənni, aktyor Özcan Dəniz ata olacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Samar 3 aylıq hamilədir.

Onların qız övladı olacağı bildirilir.

Qeyd edək ki, Ö. Dənizin keçmiş həyat yoldaşı Feyza Aktandan Kuzey adlı oğlu var.