Ginnesin Rekordlar Kitabına düşmüş qatillə bağlı inanılmaz qərar – FOTO

Ginnesin Rekordlar Kitabına düşmüş qatillə bağlı inanılmaz qərar - FOTO

Yaponiya məhkəməsi 50 ildən artıqdır, ölüm hökmünü gözləyən şəxsə bəraət verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Xakamada 1966-cı ildə həbs edilib. O, müdirini, həyat yoldaşını və iki uşağını qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

2014-cü ildə Şizuoka məhkəməsi cinayət yerindən tapılan qan nümunəsinin İvao Xakamadanın DNT-si ilə uyğun gəlmədiyini sübut edib. Bundan sonra məhkum azadlığa buraxılıb, lakin Tokio məhkəməsi qərarı ləğv edib.

2023-cü ildə iş Yaponiya Ali Məhkəməsinə verilib. Məhkəmə 88 yaşlı keçmiş boksçu Xakamadanın azadlığa buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, İvao Xakamada 2011-ci ildə “edam edilməsini uzun müddət gözləyən şəxs” kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Safura Bənnayeva
Globalinfo.az