1-2 mart tarixlərində Heydər Əliyev Sarayında tanınmış qiraətçi Xəzər Süleymanlının “Bir ömürlük xatirə” adlı musiqili poeziya gecəsi keçirilib.
Globalinfo.az xəbər verir ki, gecədə X.Süleymanlı bədii qiraət sənətindəki 10 illik fəaliyyəti ərzində səsləndirdiyi ən maraqlı poeziya nümunələrini ansamblın müşayiəti ilə ifa edib.
Musiqili poeziya axşamında xalq artistləri Faiq Ağayev, Mehriban Zəki, əməkdar artistlər Lalə Məmmədova, Zakir Əliyev, müğənnilər Ayaz Qasımov, Çinarə Məlikzadə, aktyor Kamal Yaşar, aktrisa Sabirə Abdullayeva da səhnə alıb.
Gecə boyunca Xəzər Süleymanlı və qonaqları “Cahargah” ansamblı, royalda isə Tərlan Məmmədhüseynov və Vüsal Süleymanov müşayiət edib.
İki günlük poeziya proqramı anşlaqla keçib.
Əliyar Xəlil
Globalinfo.az














