HƏMAS hərəkatı üç israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, girovların köçürülməsi Qəzza şəhərindəki Es Saraya meydanında baş tutub.
BQXK-nın İsrailə girovların vəziyyətinin yaxşı olduğu barədə məlumat verdiyi bildirilir.
***13:57
İsrail bu gün azad edilməli olan girovlardan üçünün adları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, HƏMAS-la razılaşmanın ilk günündə Romi Gonen, Emilie Damari və Doron Steinbrecher azad edilməlidir.
Onların adları İsrailin birinci mərhələdə azad edilməsini tələb etdiyi 33 nəfərin siyahısının birinci hissəsində qeyd edilib:
“Onlar hərbçi kişi və qadın deyillər, ona görə də onların azadlığa buraxılması humanitar sayıla bilər”.
Qeyd edək ki, HƏMAS-ın əsirliyindən azad ediləcək ilk üç israilli girov bu gün saat 16:00-dan sonra geri göndəriləcək. Yeddi gün ərzində daha dörd girovun azad edilməsi planlaşdırılır.
Safura Bənnayeva
Globalinfo.az














