Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhəri ilə sərhəddə yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.
Nəşrin məlumatında qeyd edilir:
“PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhərinin sərhədinə zirehli texnika və sursat göndərilib. Şanlıurfanın Suruç rayonunun Əligör məhəlləsinin kənd ərazisindən keçən hərbi karvan sərhəd xəttinə doğru irəliləyib”.
Safura Bənnayeva
Globalinfo.az














