Netanyahu Trampın andiçməsinə getməyəcək – KİV

Netanyahu Trampın andiçməsinə getməyəcək - KİV

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi üçün yanvarın 20-nə planlaşdırılan ABŞ səfərini ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail hökumət başçısının köməkçilərindən birinə istinadən məlumat yayıb.

İmtina səbəbi açıqlanmayıb.

Safura Bənnayeva
Globalinfo.az