“İran Suriyada böyük strateji məğlubiyyətə uğradı, lakin yenə də öz qüvvələrini orada yerləşdirməyə çalışacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati deyib.
“Mən düşünmürəm ki, Suriyanı itirmək fəxr ediləcək bir şeydir. Məğlub olduq və çox böyük, güclü zərbə aldıq”, – o qeyd edib.
Esbati əlavə edib ki, İran və Suriya arasında münasibətlər son vaxtlar durğunlaşıb və prezident Bəşər Əsədin devrilməsindən əvvəl gərginləşib. Lakin Tehran mövcud vəziyyətdən istifadə edərək hərbi mövcudluğunu bərpa edəcək.
Safura Bənnayeva
Globalinfo.az














