44 günlük müharibə haqda məşhur yalan – Araik gerçəyi açıqladı

44 günlük müharibə haqda məşhur yalan - Araik gerçəyi açıqladı

“Müharibənin ilk günlərdən Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Demək olar, hər gün Bako Saakyan və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Araik Arutyunyan Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə sərbəst ifadəsində deyib.

O, ifadəsində ön cəbhəyə getmədiyini bildirib:

“Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım”.

Qeyd edək ki, istər 44 günlük müharibə müddətində, istərsədə sonrakı dönəmlərdə ermənilər Araik Arutyunyanın guya ön cəbhədə olub döyüşləri idarə etməsi haqda məlumat yaymış, bunu qəhrəmanlıq kimi qələmə vermişdilər. Reallıqda isə Araik həmin dönəm bunkerdə və Azərbaycanın hədəf almayacağı yaşayış məntəqələrində olub.