Böyük Britaniya, Çin, ABŞ və Fransa öz hərbi təyyarələri ilə diplomatlarını və vətəndaşlarını Sudanın paytaxtı Xartumdan təxliyə edəcəklər.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Sudan ordusunun nümayəndəsi bildirib.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.














