Bakı və İrəvan arasında sülh sazişinin vaxtıdır – ABŞ

Bakı və İrəvan arasında sülh sazişinin vaxtıdır - ABŞ

“Cənubi Qafqazın sosial-iqtisadi potensialını yüksəltməyə imkan verəcək sülh sazişinin imzalanmasının vaxtıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfəri ilə bağlı paylaşımında bildirib.

Səfirlik qeyd edib ki, Bono İrəvanda Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün bərqərar olması səylərini müzakirə etmək üçün Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşüb.

Safura Bənnayeva
Globalinfo.az