Simonyan AÇIQLADI: Ermənistan kritik prosesə hazırlaşır

“Ermənistan Avropa İttifaqının (Aİ) bir hissəsi olmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan deyib.

A.Simonyan bildirib ki, Ermənistan bu səbəblə KTMT-dən çıxmaq istəyir:

“Regionda baş verənlər Ukraynadakı kimidir. Sadəcə, aktorlar fərqlidir. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Uzunmüddətli sülhün bərqərar olması üçün Latviyanın və digər avropalı tərəfdaşların dəstəyinə ehtiyacımız var.

Cəmiyyətimiz Aİ-nin bir hissəsi olmağa qərar verdi. Bir neçə gün əvvəl parlamentimizdə bu məsələ ilə bağlı müzakirə oldu. Yaxın gələcəkdə referendumumuz olacaq və əminəm ki, xalqımız hə deyəcək”-deyə, qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az