İrəvan ELAN etdi: “Müqavilə mətni yekunlaşır, Bakı ilə bir aya…”

“İrəvan bir aya Bakı ilə sülh müqaviləsinin yekun mətnini hazırlayıb imzalamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

“Azərbaycanla sülh sazişinin mətni demək olar ki, hazırdır. Biz danışıqlar prosesini davam etdiririk. Müqavilə mətninin artıq yekunlaşdığını deyə bilərik”

Bundan əvvəl A. Mirzoyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az