“Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır” – Mirzoyan

“Türkiyə ilə diplomatik əlaqələr qurmağın vaxtıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

“Ermənistan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Türkiyə ilə müştərək sərhədi açmağa və diplomatik əlaqələr qurmağa hazırdır”-deyə,o, bildirib.

Safura Bənnayeva
Globalinfo.az