“11 il öncə İrəvana təklif oldu, lakin Sərkisyan rədd etdi” – Arutyunyan

“2013-cü ildə “Şərq Tərəfdaşlığı” Ermənistana israr edirdi ki, biz yalnız onların yanında olmalıyıq, lakin Serj Sərkisyan bunu rədd etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.

X.Arutyunyan bildirib ki, təşkilat İrəvana sadəcə onların prinsipləri ilə hərəkət etməyi təklif edib:

“S.Sərkisyan o zaman ağıllı addım atdı, təklifi rədd etdi. Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığımız Avrasiya İqtisadi İttifaql (Aİİ) ilə münasibətlərimizə təsir etməyib. Genişlənmiş Avrasiya istehlak bazarına birbaşa çıxışımız olduğundan bundan faydalanırdıq. Lakin söhbət Aİ-yə inteqrasiyadan gedirsə, buna çox uzağıq”-deyə, o, qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az