“Fənərbağça” bu gün çempion ola bilər…

"Fənərbağça" bu gün çempion ola bilər...

Bu gün Türkiyə Superliqasının qalibi müəyyənləşəcək.

Globalinfo.az xəbər verir ki, 38-ci turun həlledici qarşılaşmaları yerli vaxtla saat 20:00-da başlayacaq.

“Qalatasaray” həlledici matçda “Konyaspor”un qonağı olacaq. “Sarı-qırmızılılar” 99 xalla hazırda liderdir. Okan Burukun baş məşqçisi olduğu kollektivə titula sahib çıxmaq üçün heç-heçə də kifayət edəcək.

Turun digər matçında “Fənərbağça” “İstanbulspor”u qəbul edəcək. “Fənər” çempionluq üçün qalib gəlməli və “Qalatasaray”ın Konyada məğlub olacağını gözləməlidir.

Safura Bənnayeva
Globalinfo.az