(Arxiv foto)
“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.
Bu barədə İRNA yayıb.
Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.
Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.
***
“Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik”.
Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.
Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:
“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”
***
Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avtomobillə Təbrizə yola düşüblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Məlumat təsdiqini tapmayıb.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində sərt eniş etdiyi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə IRNA yazıb.
Bildirilir ki, xilasedicilər hadisə yerinə yola düşüb. Rəisinin vəziyyəti barədə məlumat yoxdur.
Helikopterdə Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Dövlət başçısının kolonunda üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Helikopterin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın da olduğu bildirilib.














