Makronun “qoşun göndərək” sözünə Peskovdan REAKSİYA

Makronun "qoşun göndərək" sözünə Peskovdan REAKSİYA

“Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya Qərb qoşunlarının göndərilməsi ilə bağlı bəyanatı çox təhlükəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Paris Ukrayna münaqişəsində birbaşa iştirak fikrindən daşınmalıdır:

“Bu, çox təhlükəli tendensiyadır”.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Emannuel Makron “The Economist”ə açıqlamasında Ukraynaya qoşun göndərəcəyini istisna etmədiyini bildirmişdi.

Safura Bənnayeva
Globalinfo.az