30 min insanın ölümünə səbəb olmuş şəxs saxlanıldı

30 min insanın ölümünə səbəb olmuş şəxs saxlanıldı

Filippin polisi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əsasən ölkənin keçmiş prezidenti Rodriqo Duterteni saxlayıb.

Globalinfo.az xəbər verir ki, 79 yaşlı Duterteninin Honkonqdan qayıdarkən hava limanında saxlanıldığı açıqlanıb.

Keçmiş prezidentin fəaliyyəti dövründə “narkotikə qarşı mübarizə” çərçivəsində ölkədə keçirdiyi əməliyyatlara görə BCM tərəfindən barəsində həbs qərarının çıxarıldığı və axtarışa verildiyi bildirilib.

O, narkotik maddələrdən istifadə və ya satışa görə 30 minə yaxın şəxsin heç bir məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı öldürülməsində ittiham olunur.

Duterteni həmşinin Davao şəhərinin meri olduğu dövrdə də eyni əməllərini davam etdirib. Saxlanılan zaman isə, “Məni niyə həbs edirsiniz?”- deyə polisdən soruşub.

Keçmiş prezidentin hazırda həbsxanaya yerləşdirilyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az