32 il əvvəl Şuşada döyüşən erməni general həbs edildi – Əmri o verib

32 il əvvəl Şuşada döyüşən erməni general həbs edildi - Əmri o verib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan həbs edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, onun həbsinə səbəb 44 günlük müharibə zamanı bir sıra səhvlərə yol verməsidir.

Qeyd edək ki, T.Xaçatryan Birinci Qarabağ müharibəsində aktiv iştirak edib. O, separatçıların 1992-ci ildə Şuşa batalyonunda döyüşüb. Həmçinin Qarabağla İrəvan arasında rabitəçi funksiyasını həyata keçirib. İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb. Xaçatryan əvvəllər də bir neçə dəfə fərqli səbəblərdən həbs olunub. Son olaraq xuliqanlıqdan ittiham edilərək saxlanılmış, daha sonra 5 milyon dram qarşılığında sərbəst buraxılmışdı. O, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mövqeyi ilə tanınır.

İrəvan hökumətinin 44 günlük müharibədəki məğlubiyyətə görə ittiham etdiyi hərbi rütbəlilər arasındadır. İddialara görə, onun fəaliyyətinin araşdırılması və həbs əmrini birbaşa baş nazir verib.

Əliyar Xəlil
Globalinfo.az