Ermənilər Qarabağın qisasını belə almağa hazırlaşırlar – ŞOK

ABŞ konqresmeni Dina Titus ötən həftə saxta “erməni soyqırımı”nın anım mərasimində “Azərbaycanda Sanksiyalara Baxış Aktı” adlandırılan sənəd barədə çıxış edib. Tədbir erməni diaspor təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyi ilə keçirilib. Bu “anons”un ANCA tərəfindən keçirilən tədbirdə səslənməsi “sanksiya siyahısı” planının məqsədinin “insan haqlarının müdafiəsi” yox, qondarma “soyqırım” ərəfəsində erməni lobbisinə “hədiyyə” etməkdir.

Azərbaycana qarşı hansısa addım atılacaqmı? Sanksiya məsələsi ilə bağlı yayılan xəbərlər nə dərəcə əsaslıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycana qarşı bəzi konqresmenlər tərəfindən qəbul olunması istənilən aktın müəllifləri fəal erməni lobbisinin adamlarıdır:

“Sənədin qəbul edilməsinə səbəb kimi qeyri-real arqumentlərin irəli sürülməsi, “etnik təmizlənmənin” əsas götürülməsindən aydın olur ki, bu sənəd heç də ölkədəki hər hansı siyasi proseslə bağlı deyil. Həmin sənəddə layihə müəllifləri qeyd edir ki, Azərbaycanın Qarabağda keçirdiyi əməliyyat və ölkədəki siyasi vəziyyətlə bağlıdır. “Siyasi vəziyyət” ifadəsi digər, erməni lobbisinə aid olmayan konqresmenlərdən səs toplamaq üçün istifadə olunur”.

Fərhad Mehdiyev qeyd edir ki, sanksiya tətbiq ediləcək insanlar siyahısına hərbi sahədə çalışan şəxslər var:

“Görünür, ermənilər Qarabağda uduzmaqlarının qisasını belə almağa çalışır. Lakin uğur qazanacaqlarını düşünmürəm. Bu ABŞ-ın mövqeyi deyil. Bunun arxasında erməni lobbisi dayanır”.

Safura Bənnayeva
Globalinfo.az