ABŞ Türkiyə ilə bağlı mühüm qərarını ELAN ETDİ – FOTO

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk bildirib.

“Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, – məlumatda bildirilib.