Ermənistan ordusunda “təmizləmə əməliyyatı” başlayır

“Ermənistana 4 il ərzində cəmi 330 milyonluq dəstək aysberqin görünən hissəsidir, dərin proseslər gedir, xüsusilə də müdafiə sektoruna investisiyalar və dəstək haqqında razılaşmalar əldə olunub ki, bu da ilkin şərtsiz olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə ciddi reformlara başlaya bilər:

“Rusiyaya qarşı sərt mövqe ortaya qoymasının səbəbi də budur. Hökumət düşünür ki, ilk növbədə ordunu Rusiyanın fiqurlarından təmizləmək lazımdır. Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər. Hər halda, dünən məlum olub ki, Müdafiə Nazirliyi “güclü” qərbyönlü islahatlara başlayıb. Bunlardan biri də ordunun yeni nizamnaməsində planlaşdırılan dəyişiklikdir. Məsələn, ötən gün “ura” nidası “yaşasın” sözü ilə əvəzlənib“.

Safura Bənnayeva
Globalinfo.az