Kremldən Mirzoyana cavab: “Çox təhlükəli səhvdir!”

“Ermənistan sözün geniş mənasında Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərb tərəfindən geosiyasi qumar obyektinə çevrilir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq barədə bəyanatını şərh edərkən bildirib.

“Bu, çox təhlükəlidir və təkcə İrəvanla Moskvanın münasibətlərinə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində perspektivlərinə xələl gətirə bilər. Bunu başa düşməmək çox təhlükəli səhvdir”, – Karasin qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az