2020-ci ildə Qarabağa gələn sülhməramlılar… – Mirzoyan

“Bu gün biz Rusiya ilə eyni dildə danışmırıq. Moskva ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz demokratik ölkəyik və demokratik təsisatları gücləndirmək istəyirik. Biz ABŞ və Aİ-nin yaxşı tərəfdaş olduğunu gördük. 2020-ci ildə vəziyyətə nəzarət üçün göndərilən Rusiya sülhməramlılarından fərqli olaraq Aİ-nin mülki müşahidə missiyasının fəaliyyəti zamanı sakitlik müşahidə edilir. Onların mövcudluğu regiona və sülhə böyük töhfə verir”, – A.Mirzoyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az