“Qarabağdan Ermənistana köçən 2500 erməni ölkəni tərk edərək xaricə üz tutub”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Qarabağı tərk edən bacı-qardaşlarımızın geri qayıtma imkanı olmayacaqsa, onlara ölkəmizdə yaşamaları üçün hər cür şərait yaradılacaq. Biz istəyirik ki, gələnlərin hamısı ölkəmizdə qalsınlar, burada işləyib məskunlaşsınlar və həyatlarına davam etsinlər”, – Paşinyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az













