227 saat sonra dağıntılar altından sağ çıxarıldı – VİDEO

 

227 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.

Globalinfo.az bildirir ki, bir neçə dəqiqə əvvəl Kahramanmaraşda 74 yaşlı Cemile Kekeç adlı qadın dağıntılar altından sağ çıxarılıb.

Xilasedicilər tərəfindən 227 saat sonra tapılan qadın tibb işçilərinə təhvil verilib.