Tbilisinin Bakıya qarşı addımının səbəbi – Nazir

Tbilisinin Bakıya qarşı addımının səbəbi - Nazir

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana Gürcüstan ərazisindən silah göndərilməsinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, gürcü nazir yerli İctimai TV-yə müsahibəsində məsələ ilə bağlı jurnalistin sualını cavablandırıb.

O  qeyd edib ki, Gürcüstan həm Azərbaycana, həm də Ermənistana tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı yaradır:

“Hər iki ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququ var. Dövlətlər beynəlxalq müqavilələrlə qadağan olunmayan silah-sursatları əldə etmək hüququna malikdirlər”.

Ayşən Mustafa
Globalinfo.az