“2024-cü il Ermənistan üçün çətin olacaq, İrəvanı ağır sınaqlar gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qarabağ məsələsi üzrə araşdırmaçı Tomas de Vaal deyib.
O, İrəvanın Moskva ilə əlaqələrini tamamilə kəsə biləcəyini qeyd edib:
“Ermənistan üçün təhlükəli məqamlar var. Bakı ilə danışıqlar prosesi davam edir, lakin Rusiyadan uzaqlaşmaq, əlaqələrin kəsilməsi ehtimalı var. Rusların yeganə müsbət tərəfi ermənilərin Qarabağdan təhlükəsiz şəkildə çıxmasına kömək etmək idi. Bəzi məlumatlara görə, son antiterror əməliyyatlarından əvvəl rus sülhməramlıları Qarabağdakı ermənilərə silahı yerə qoyub ərazini tərk etmələrini tövsiyə edib. Maraqlıdır, Qarabağ məsələsinin Azərbaycanın istədiyi kimi həll olunmasına Rusiya sadəcə imkan yaratdı, yoxsa zəifdir? Hər ikisi! Rusiya çox zəifdir, Azərbaycan da bundan məharətlə yararlanır. Moskva prosesləri izləməyi və heç bir şey etməməyi seçir.
İllərdir Ermənistanın Rusiya ilə əlaqələri daha da güclənib, asılılığı artıb. Hazırda İrəvan Moskvadan uzaqlaşmağa çalışır, lakin Nikol Paşinyan bu mövzuda sadəcə danışır, amma az səy göstərir”.
Ayşən Mustafa
Globalinfo.az














