2024-cü ildə dünya əhalisi nə qədər artıb? – RƏQƏMLƏR

2024-cü ildə dünya əhalisi nə qədər artıb? - RƏQƏMLƏR

“2024-cü ildə dünya əhalisi 71 milyon nəfərdən çox artıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat dərc edib.

Məlumata görə, 2025-ci il yanvarın 1-dək dünya əhalisinin sayı 8,09 milyard nəfərə çatacaq.

“Amerikanın Səsi” xəbər verir ki, əhalinin 2023-cü illə müqayisədə bir qədər səngiyib. Belə ki, 2023-cü ildə artım tempi 75 milyon nəfər təşkil edib. 2025-ci ilin yanvar ayında dünyada hər saniyədə 4,2 nəfərin doğulacağı, 2 nəfərin öləcəyi gözlənilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az