20 il öncə yaşananları xatırladır – Dünya qorxu içində

20 il öncə yaşananları xatırladır - Dünya qorxu içində

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri 71 quş qripi hadisəsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bundan bir qədər əvvəl İspaniya və Almaniyada virusa yoluxma halları rəsmən elan edilib.

Məlumatlara görə, həftənin əvvəlində İspaniyada ev və çöl quşlarına təsir edən 100-ə yaxın hadisə qeydə alınıb.

Səlahiyyətlilər Almaniyada artan yoluxmalar səbəbiylə təsərrüfatlarda təxminən 130 min ördək və toyuqun kəsilməsinə qərar verib.

Ekspertlərin fikrincə, hər iki ölkədə yaşanan quş qripi halları 20 il əvvəlki hadisələri xatırladır.

Qeyd edək ki, 21 il əvvəl quş qripinin yayılması ilə bağlı xəbərlər də narahatlıq yaratmışdı. Həmin zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Asiyada toyuq fermalarında yayılan və 3 nəfərin ölümünə səbəb olan quş qripinin SARS-dan daha böyük problem yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. ÜST bildirmişdi ki, əgər virus insan təması ilə yayılarsa, bu, böyük bir sağlamlıq böhranına çevrilə bilər.

Günel Cəlil
Globalinfo.az