Araikin “istefa” səbəbi bəlli oldu – Bu ölkə məcbur edib…

Araikin “istefa” səbəbi bəlli oldu – Bu ölkə məcbur edib...

Araik Arutyunyanın “istefa”ya getməsinin arxasında dayanan səbəblər hələ də erməni ictimaiyyətinin diqqət mərkəzindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində informasiya yayılıb.

Bir sıra ermənilər iddia edirlər ki, separatçıların keçmiş liderini istefaya Rusiya məcbur edib. Belə ki, o, Moskvanın maraqlarına zidd addımlar atıb. Ən başlıcası isə Rusiyanı yox sayaraq Fransa ilə əməkdaşlığa cəhd göstərib və bu da Kremlin səbir kasasını daşdırıb.

Qeyd edək ki, Araik Arutyunyan sentyabrın ilk günü istefa verib.

Tamerlan Yayaqan
Globalinfo.az